Xalq artisti Nazpəri Dostəliyeva və keçmiş meneceri Mikayıl Hüseynov barışıb.
Unikal.org-un məlumatına görə, bu haqda axşam.az-a açıqlamasında M.Hüseynov özü deyib. O bildirib ki, barışıq addımını özü atıb:
"Nazpəri xanıma əvvəlcə mesaj yazdım, daha sonra isə zəng vurub üzr istədim. Ona qarşı etdiklərimin düzgün hərəkət olmadığını söylədi. Amma mənimlə barışdı. Onun mənə yenidən "oğlum" deməsi ilə fəxr etdim. Əgər Nazpəri xanım istəsə, onunla məmnuniyyətlə yenidən birlikdə çalışaram"