Azərbaycan Premyer Liqasında iştirak etmiş futbolçu Şəhriyar Xəlilov dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə "Kəpəz" klubunun mətbuat katibi Azad Mustafayev sosial şəbəkədə məlumat yayıb.

Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi 25 yaşında ikən ürək tutmasından vəfat edib.
Şəhriyar Xəlilov vaxtilə "Qarabağ", "Qəbələ", "Xəzər Lənkəran" və "Bakı"da oynayıb. O, bir müddətdir klubsuz idi.