Azərbaycanda Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır.

Unikal.org apa-ya istinadən məlumatına görə, bu barədə Milli Məclisdə keçirilən "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi layihəsinin təqdimatında Milli Məclisin vitse spikeri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, Qarabağda bəzi cinayətlər törədən şəxslərin məsuliyyətə cəlb olunmasında məhdudiyyətlər mövcuddur və bu, aradan qalxmalıdır: "Qanun layihəsi Xocalı soyqırımın 25 illiyi ərəfəsində açıqlanacaq. Layihə Xocalı soyqırımına məruz qalanların hüquqlarının tapdalanmasına, bu cinayəti törədənlərin əməllərinə hüquqi qiymətin verilməsinə şərait yaradacaq.

Xanım Muradova bildirib ki, Azərbaycan Xocalı soyqırımına hüquqi qiymətin verilməsi ilə bağlı beynəlxalq hərbi tribunala müraciət edəcək.

O qeyd edib ki, soyqırımından 25 il keçməsinə baxmayaraq, bu cinayəti törədənlərdən hələ də heç kim cəzalandırılmayıb.

B. Muradovanın sözlərinə görə, "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi layihəsi hərbi tribunala müraciətlə bağlı araşdırma aparacaq, Xocalı ilə bağlı hazırlanacaq yeni qanun layihəsi isə buna hüquqi şərait yaradacaq.