Müğənni Aynur Dadaşova "ARB Ulduzda yayımlanan "Şou məkanverilişində qonaq olub.
Unikal.org-un məlumatına görə, sənətçi 8 il səhnədən uzaq qaldığı müddətdə nələr etdiyindən danışıb:
"Həmişə efirlərdə müğənniləri izləyirdim. Düşünürdüm ki, bu, belə bir mahnı ifa etsə yaxşı olar, bu, görünüşündə yenilik etsə, əla görünər. İçimdə yaxşılığa doğru fikirlər oyanırdı. Efirə çıxmasam da mahnılar üzərində işləmişəm. Əvvəl oxuyub, təqdim etmədiyim mahnıları yenidən aranjiman etdirmişəm. Nəinki övladlarımda, çox şeydə narahatlıq hissini duyan bir insanam. Mən bilirdim ki, sabah çəkilişdə olanda narahat oturacaqdım ki, görəsən, oğlum məktəbə getdimi, gecikmədi ki... Ona görə də vaxtımı ailəmə sərf etdim".
A.Dadaşova boşanması ilə bağlı söz-söhbətlərə də münasibət bildirib:
"Belə bir şey yoxdur, olsa da, tamaşaçılardan gizlətmərəm. Hamının başına gələcək bir şeydir. Həyatımda belə bir şey olsa, danmaram. Yalançı olmaqdansa, həqiqəti açıq deyərəm ki, bununla da canım qurtarsın.