Futbol dünyası Braziliyanın "Chapecoense" klubunun olduğu təyyarənin Kolumbiyada qəzaya uğramasının faciəsini yaşayır.

Unikal.org-un  xarici KİV-ə istinadən məlumatına görə, həlak olan 76 nəfərin arasında klub üzvləri çoxluq təşkil edib. Futbol ictimaiyyəti bununla bağlı kluba və ölənlərin ailələrinə bağsağlığı verib, yardım göndəriblər.

"Real Madrid"in portuqal ulduzu Kriştiano Ronaldo sosial şəbəkədə başsağlığı verib və 3 milyon avro yardım edəcəyini bildirib.