Hindistanın cənubunda fəaliyyət göstərən partladıcı maddə istehsalı müəssisəsində baş vermiş güclü partlayış nəticəsində 18 nəfər ölüb.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, insident Tamilnadu ştatında baş verib. Partlayış nəticəsində bina uçub. Partlayış dalğası beton plitələrini 50-dək kənara atıb, yaxınlıqdakı evlərdə və avtomobillərdə şüşələr qırılıb.
Partlayış yerli əhali arasında təlaşa səbəb olub. Partlayışın səbəbli araşdırılır.