Konqo Respublikasında neft yatağında yanğın baş verib.
Unikal.org xəbər verir ki, bu barədə Konqo Respublikasının hökuməti bəyanat yayaıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.
Bu neft platforması ENİ Konqo kompaniyası tərəfindən idarə olunur. Yanğın baş verən neft yatağları Pointe-Noire yaxınlığında yerləşir. Məlumata görə, neft yatağında 45 nəfər çalışırmış.