Şimali Koreya lideri Kim Çen Inın arvadı naməlum səbəblərdən yoxa çıxdıqdan9 ay sonra geri dönüb.

Unikal.org haberler-e istinadən xəbər verir ki, 9 ay ərzində heç bir yerdə görüntülənməyən Ri Sol-Junun bu müddət ərzində körpə dünyaya gətirmiş olduğu ehtimalları artır.

İddialarda Ri Sol-Junun yoxa çıxdığı zaman ərzində Kim Çen Inla ayrılmış ola biləcəkləri də deyilirdi. Ancaq Şimali Koreya lideri xanımı ilə Koreya Müdafiə və Hava Qüvvələrinin döyüş manevri nümayişində bərabər görüntülənib. Ri Sol-Junun görünmədiyi müddətdəhamilə olduğu iddiası gücləndi.

Koreya Mərkəz Xəbər Agentliyi Kim Çen Inilə yarışı izləyən qadının arvadı olduğunu bildirsə də, Kim Çe Inındaha əvvəl öz ailə üzvlərindən kimliyi açıqlanmayan şəxsləri edam etdirdiyini yada salsaq, Hava Qüvvələrinin hərbi təlimi zamanı Kimin yanındakı qadının onun həyat yoldaşı deyil, bənzəri olduğu şübhələri artıb.

Qeyd edək ki, Ş.Koreya liderinin xanımı Ri Sol-Ju əslində keçmişmüğənni olub. Cütlükilk dəfə 2012-ci ilin iyul ayında xalqqarşısına birlikdə çıxmışdı.