Müştəri qızılı lombarda, lombard da banka verdi. Bank da bağlandığından ödənişi bitsə də qızıllarını ala bilmir. Lombard ilə bank arasında məhkəmə çəkişməsinin əziyyətini isə müştəri çəkir. Ancaq cəmi 900 manat borc üçün 1 boyunbağı, 1 ədəd qolbaq və 1 cüt sırqasını lombarda qoyan şəxs nəticədən borcunu bitirəndəndən sonra xəbər tutub.
900 manat pul götürmək üçün 1 boyunbağı, 1 ədəd qolbaq və 1 cüt sırqasını lombarda qoyan şəxs, ödənişini bitirsə də qızıllarını ala bilmir.
Lombardla pul verən Xəyal Abdullayev isə borcun tam ödənildiyini, amma müştərinin razılığı ilə əmlakının banka girov qoyulduğunu deyir. Həmin bank da bağlandığından ortaya belə problemlər çıxıb.
Məsələ ilə bağlı Əmanətlərin sığortalanması fondunun icraçı direktoru Azad Cavadov Xəzər Xəbərə bildirdi ki, dəqiq araşdırmanın aparılması üçün şikayətçi tərəf fonda ərazi ilə müraciət etməlidir. Bundan sonra problemin əsas səbəbi araşdırılaraq rəsmi məlumat veriləcək.
Unikal.org Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: