"Mən həyatımda olanları hər kəslə paylaşa bilərəm".
Amerikalı model Hannah Davis "Maxim" jurnalının mart sayı üçün fotosessiyaya çəkilib.
Unikal.org xəbər verir ki, gözəl modelin mətbəxdə çılpaq vəziyyətdə spagetti yeyərkən çəkdirdiyi fotosu 1 saat içində 150 min adam tərəfindən bəyənilib. O, məşhur beyzbolçu Derek Jeter ilə yaşadığı eşq münasibətlərinə görə daha da populyarlıq qazanıb. Amerikalı model poza verərkən sevgilisinin ona hədiyyə etdiyi iri daşlı nişan üzüyünü çıxarmayıb.
Hannah Davis jurnala verdiyi müsahibəsində kişidə bahalı ləl-cəvahiratlar alacaq pula deyil, ailəsinə olan bağlılığa əhəmiyyət verdiyini söyləyib.
Davis "Mənə pulla satın alına biləcək şeylər təsir edərmi? Xeyr! Mən yanımda ailəsini həyatının ən əhəmiyyətli ünsürü olaraq görən birini istəyirəm" deyib.
Əvvəllər sevgilərini gözlərdən uzaq yaşamağı seçən cütlük, daha sonra nişanlandıqlarını açıqlayaraq münasibətlərini ciddiləşdirdilər.
Hannah Davis bununla bağlı "Mən həyatımda olanları hər kəslə paylaşa bilərəm. Amma şəxsi münasibətlərim buna daxil deyil. Bu səssizlik ikimizin ortaq istəyi idi",- deyə sözlərinə əlavə edib.(oxu.az)