Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək turnirin 16 iştirakçısından 15-i müəyyənləşib

FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək turnirin 16 iştirakçısından 15-i müəyyənləşib.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının Peşəkar Futbol Departamentinin rəisi Sergey Kulikovaçıqlama verib.

O bildirib ki, indiyədək Rusiya, Azərbaycan, Yunanıstan, Slovakiya, Bolqarıstan, Hindistan, İran, Sloveniya, Belarus, Latviya, Estoniya, Litva, Qazaxıstan, Moldova və Sankt-Peterburq komandaları yarışa qatılacaqlarını təsdiqləyib. 16-cı iştirakçı isə hələ müəyyənləşməyib. Komandalar 1999-cu il təvəllüdlü oyunçulardan təşkil olunacaq. Turnir 2017-ci il yanvarın 7 - 22-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycanı turnirdəTəbriz Həsənovun yeni baş məşqçi təyin olunduğu 19 yaşadək futbolçulardan ibarət milli komanda təmsil edəcək.