Ermənistanın Sünik vilayətində baş verən yol nəqliyyat hadisəsi nəticəsində ölkə Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətinin əməkdaşları - avtomobili idarə edən leytenant Armen Musikyan və kapitan Aleksan Simonyan ölüb.
Unikal.org "news.am"-a istinadən istinadən xəbər verir ki, qəza Yerevan-Gorus avtomobil yolunda baş verib.
İnformasiyaya əsasən, "Lexus markalı "PN 0001 dövlət nömrə nişanlı avtomobil Meğri -Yerevan yolunun 231-ci km-də yolun hərəkət hissəsindən çıxaraq, 40 metr yuvarlanmaqla dərəyə düşüb.
Onların Ermənistan prezidenti Serj Sarqsyanı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərdə müşayiət etdikləri ehtimal olunur.
***
Dağlıq Qarabağda erməni əsgər ölüb.
Unikal.org-un "news.am saytına istinadən verdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Albert Postolokyan güllə yarasından ölüb.
Hadisənin gecə saatlarında Ağdərəistiqamətində baş verdiyi bildirilir.