Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən unikal.org-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 8-i ilə müqayisədə 0,35% artaraq 1,7430 manat təşkil edib.
 
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,22% zəifləyərək 1,8487 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,36% bahalaşaraq 0,0275 manata çatıb.