"Hüquq-mühafizə orqanları Avropa sahillərinə yaxınlaşmaq istəyən qaçqınlarla dolu qayıqlara atəş açmalıdır".
Unikal.org APA-ya istinadən xəbər verir ki, bunu Danimarkanın hakim partiyasının əsas siyasi müttəfiqi olan Danimarka Xalq partiyasından olan millət vəkili Kennet Bets deyib.
"Yeganə effektiv yol qayıqları geri göndərməkdir. Onlara demək lazımdır ki, siz bu milli sərhədlərə tərəf üzə bilməzsiniz və əgər bunu etsəniz, ya sizə atəş açılacaq, ya da qayıqlar geri göndəriləcək", - deyə o, telekanalların birinin efirində bildirib.
Lakin sonra K. Bets "Facebook" səhifəsində öz ifadəsini yumşaltmağa çalışıb. O bildirib ki, insanlara atəş açılmalı deyil, NATO hərbi gəmiləri tərəfindən havaya xəbərdarlıq atəş açılmalıdır.