Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına birlikdə piyada gələn 3 nəfər saxlanılıb.

Unikal.org-a DGK-dən verilən məlumata görə, məlub olub ki, Azərbaycan vətəndaşları özləri ilə gətirdikləri beş ədəd bağlamadan ibarət güldan yükünə sərnişin keçid xəttində "Heimann X-Ray rentgen yük yoxlama qurğusunda baxış keçirilmiş və baxış zamanı beş ədəd bağlamada olan 20 ədəd güldanın içərisindən, gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, 23800 ədəd "Manchester markalı siqaretlər aşkar edilib.