2007-ci ildən bu il dekabrın 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Şahdəniz yatağının işlənməsi layihəsindən 2 milyard 506 milyon ABŞ dolları gəlir əldə edib.
Unikal.org xəbər verir ki, bu barədə ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında Dövlət Neft Fonduna "Şahdəniz yatağının işlənməsindən 64 milyon dollar vəsait daxil olub. İyuldan bu vaxtadək isə ARDNF "Şahdənizin işlənməsindən gəlir əldə etmir.