Daşkəsəndə yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kafenin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 130 m2 sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.