Axşam saatlarında Bakıda bəzi ərazilərdəki "qara bazarda dolların bir qədər də qalxdığı bildirilir.

Unikal.org marja-ya istinadən xəbər verir ki, "qara bazarda dolların alış qiyməti 1.83 manata, satış qiyməti isə 1.8450 manata qalxıb.

Bundan əvvəl "qara bazarda dolları 1.82 manata satmaq, 1.83 - 1.8350 manata almaq olurdu.

Dolların bahalaşması "qara bazara qarşı aparılan mübarizə ilə bağlı ola bilər. Hökumət "qara bazara dollar ötürən bankirləri aşkar etmək üçün hərəkətə keçib. Bu da bankların işləmədiyi gündə qanunsuz bazara verilən dolları azaldıb. Dolların az məbləğlərdə də olsa banklarda satılmasına nail olmağa çalışılır.