Bakı-Qazax magistral yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə yolun Tovuz rayonun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"KİA və "VAZ2101 markalı avtomobillərin toqquşması nəticəsində Tovuz rayonu, Qovlar şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Ədalət müxtəlif bədən xəsarəti ilə Tovuz rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Qəza zamanı başqa xəsarət alanlarında olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.