"Dövlət Təhlükəsizliyi Xidməti qısa müddət ərzində cinayətkarların, casusların məhv edilməsi ilə nəticələnən 4 əməliyyat keçirilib".

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

O bildirib ki, bu istiqamətdə Azərbaycanın xususi xidmət orqanları tək işləmir: "Biz digər dövlətlərin təhlükəsizlik xidməti orqanları ilə birgə işləyirik, onlarla məlumat mübadiləsi edirik. Əməkdaşlarımız cinayətkar dəstələrin üzvlərini saxlayarkən silahli müqavimətlərlə üzləşiblər və onların qarşısı qətiyyətlə alınıb".

***

"İl ərzində 500-dən artıq əməkdaş xidmətdən xaric olunub".

Unikal.org bildirir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev deyib. Onun sözlərinə görə, xidmətdən xaric olunan işçilərdən 20 nəfərdən çoxu barəsində cinayət işi başlanıb: "Bu, təbii prosesdir. Çünki xidmətdə təmizləmə prosesi aparılır".