Əl yüklərindən 13 min ədəd siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Heimann X-Ray rentgen yük yoxlama qurğusunda baxış keçirilib.

Yoxlama zamanı əl yüklərinə daxil olan 4 ədəd çantadakı müxtəlif ərzaq məhsullarının arasından gömrük nəzarətinə bəyan olunmayan 13 min ədəd siqaret aşkar edilərək götürülüb.