Xəbər verdiyimiz kimi bu gün Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib ki, bildiyiniz kimi, Azərbaycan bu ildən heyvan mənşəli qeyri-ənənəvi kənd təsərrüfatı məhsullarının ixracına başlayıb. At ətinin ixracı ilə bağlı biz artıq Moldova ilə saziş imzalamışıq, amma bizim üçün ixracatda hədəf istiqamət Qazaxıstandır. Bu məsələ hökumətlərarası komissiyanın iclasında qaldırılıb, indi bununla bağlı konkret addımlar atılır.

Dövlət Statistika Komitəsinin unikal.org-a bildirilib ki, 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan müxtəlif ölkələrə ümumi dəyəri 82.32 min dollara 581 baş at satıb.

Atların hər biri 142 dollara başa gəlib.

Bununla belə Azərbaycan 8 baş diri atlar, ulaqlar, qatırlar və at qatırları alıb. Buna isə ümumilikdə 22.7 min dollar xərcləyib.

Elvin