ABŞ dollarının indeksi (altı əsas valyutaya qarşı dinamikanı izləyən - red.) 0,5% zəifləyərək 101,01 səviyyəsindədir.
Buna səbəb avronun bahalaşmasıdır.
Avro bugünkü ticarət sessiyasında 0,7% bahalaşaraq 1,0633 dollar səviyyəsində ticarət olunur. Avronun bahalaşdıran amil Almaniyanın dövlət istiqrazlarının gəlirliliyinin artması və rəsmi Romanın xeyli müddətdir bir sıra çətinliklərlə üzləşən İtaliyanın "Monte dei Paschi di Siena" bankına zəruri dəstəyin verməsinə hazır olmasıdır.
Dollar Yaponiya yeninə qarşı da dəyişməzdir - 1 dollar 115,25 yen səviyyəsindədir.
Sözsüz ki, bazar iştirakçılarının diqqəti bu gündən etibarən başlayan Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) iki günlük iclasına yönəlib. Bazar iştirakçıları hesab edir ki, iclasın yekununda 2017-ci ildə uçot dərəcəsinin artım tempinə işarə olunacaq. Bununla yanaşı, treyderlər Donald Trampın prezident seçkilərindəki qələbəsinin FED-in inflyasiya və iqtisadi artımla bağlı proqnozunu dəyişib-dəyişmədiyini bilmək istəyir.
"FedWatch" proqramının məlumatlarına əsasən, FED-in bu il üzrə son iclasında uçot dərəcəsinin artırılması ehtimalı 97%-dir.