Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
AMB-dən unikal.org-a verilən məlumata görə, hərrac 1 dollar üçün 1,7430 məzənnəsi ilə başlayıb və 1,7475 məzənnəsi ilə yekunlaşıb.
Qeyd edək ki, AMB ABŞ-ın milli valyutasının bu günə olan məzənnəsini 1,7430 manat səviyyəsində müəyyən edib.