Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsində qayınata və gəlin ölüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, "VAZ 2106", "VAZ 2107" və "Mitsubishi markalı avtomobillərin toqquşması nəticəsində "VAZ 2107" markalı maşının sürücüsü İslam İsmayılov və 39 yaşlı gəlini Səadət İsmayılova hadisə yerində dünyasını dəyişib.

Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasından bildirilib ki, hadisə yerinə çağırılan həkim birqadası qəzada xəsarət alan bir nəfəri, "Mitsubishi markalı maşının sürücüsü, Yevlax rayon Aşağı Bucaq kənd sakini, 1959-cu il təvəllüdlü Əhmədov Vəliyəddin Əhməd oğlu xəstəxanaya çatdırıb.

V. Əhmədovun vəziyyəti orta ağır qiymətləndirilir.