Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 14-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən unikal.org-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,26% artaraq 1,7475 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,7430 manata bərabər olub.
Qeyd edək ki, bu gün AMB Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7430 məzənnəsi ilə başlayıb və 1,7475 məzənnəsi ilə yekunlaşıb.