Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən unikal.org-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 13-ü ilə müqayisədə 0,26% artaraq 1,7475 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,8590 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,35% bahalaşaraq 0,0287 manata çatıb.