Sabahdan "Cəfər Cabbarlı" stansiyasının birinci yolu açılacaq.
Bunu Unikal.org-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, sözügedən stansiyada aparılan təmir-bərpa işləri vaxtından əvvəl başa çatıb:
"Cəfər Cabbarlı" stansiyasının birinci yolunda aparılan təmir-bərpa işləri 2 həftəyə planlaşdırılmışdı. 2 həftəyə ehtiyac qalmadı. Dekabrın 15-dən etibarən stansiya sərnişinlərin üzünə açılacaq.