Paytaxtın müxtəlif ərazilərində yerləşən köhnə yaşayış binalarında bloklara reklam kağızları yapışdırılır. Oradakı mətnlər müxtəlif məzmundadır və plansız şəkildə yapışdırılıb. Bu isə həmin reklamların yapışdırılmasına nəzarətin hansı səviyyədə olmasını aktuallaşdırır.
Eləcə də blokun divarlarında müxtəlif məzmunda səliqəsiz yapışdırılmış elanlar var.
Bənzər hal paytaxtın müxtəlif yerlərində, əsasən köhnə yaşayış binalarında hökm sürür. Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən yaşayış binasında olduğu kimi.
Sakinlər reklam kağızlarının necə gəldi vurulmasından narazıdırlar.
Bu mənzərə bloklarda elanların yapışdırılmasına nəzarət məsələsini və buna görə məsuliyyəti gündəmə gətirir. Qanunvericiliyə görə, elanlar yapışdırılarkən icra hakimiyəti orqanından icazə alınmalıdır.
İcazə olmadan reklamların vurulmasına görə fiziki şəxslərə 50-100 manat, vəzifəli şəxslərə 250-350 manat, hüquqi şəxslərə isə 1500-2000 manat cərimə tətbiq edilməlidir. Elanların qanunsuz yapışdırılmasına mənzil istismar sahələri nəzarət etməlidirlər. Görünən odur ki, nəzarət istənilən səviyyədə deyil.