Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən müxtəlif təyinatlı 4 820 avtomobil idxal olunub.
Unikal.org xəbər verir ki,Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 827 ədəd yaxud 81,21% (5,32 dəfə) azdır.
Hesabat dövründə ölkəyə gətirilmiş avtomobillərin 4 194-nü və yaxud 87,01%-ni əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Son bir ildə bu növ avtomobillərin idxalı 5,42 dəfə azalıb.
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 10,04 dəfə azalaraq 80, yük avtomobillərinin idxalı 4,04 dəfə azalaraq 463, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,74 dəfə azalaraq 83 ədəd olub.