Bu gün axşam saatlarında Neftçala rayonunun Qaraqaşlı kəndində yerləşən "Şəfa-Broyler quşçuluq fabrikinin fəhlələrini işdən gətirən avtobus qəzaya uğrayıb.
Unikal.org-un virtualaz.org-a istinadən məlumatına görə, qəza Salyan şəhərinin T.Xəlilbəyli və N.Nərimanov küçələrinin kəsişməsində qeydə alınıb.
Salyan şəhər sakini Mübariz Rzayevin idarə etdiyi, dövlət nömrə nişanı 33-BC-396 olan "QAZ-53 markalı avtobus Hacıqabul rayonunun Atbulaq kənd sakininin idarə etdiyi 99-EK-324 dövlət nömrə nişanlı "AUDİ markalı avtomaşınla toqquşub. Qəzadan yayınmaq istəyən avtobus idarəetməni itirərək səkiyə çıxıb, elektrik dirəyinə çırpıldıqdan sonra dayanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qəzaya səbəb isə "AUDİ markalı avtomaşının rayona qonaq gəlmiş sürücüsünün "dayan işarəsinə əməl etməməsi olub.Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin DYP bölməsində araşdırma aparılır.