Texas ştatının Dallas şəhərindən İndianapolisə uçan "American Airlines aviaşirkətinə məxsus təyyarə Arkanzas ştatında məcburi eniş etməli olub.
Unikal.org-un "Associated Pressə istinadən xəbər verir ki, şirkətin nümayəndəsi Ross Fanşteynin sözlərinə görə, sərnişinlərdən birinin əlində olan elektron siqaret partlayıb və çox da böyük olmayan yanğın baş verib.
"Təyyarənin göyərtəsində olan 137 sərnişin və 5 ekipaj üzvündən heç kim xəsarət almayıb. Ekipaj üzvləri dərhal yanğını söndürüblər. Sərnişinlər enişdən sonra başqa bir təyyarəyə mindiriliblər, - R. Fanşteyn bildirib.