Gömrükdə 9200 ədəd pirotexniki vasitə aşkar olunub.

Unikal.org Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan ölkəmizə gələn, Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə "Sınıq Körpü gömrük postunun idxal nəzarət zonasında gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 9200 ədəd pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.