Azərbaycanda qoz və fındığın qiyməti iki dəfə bahalaşıb.
Unikal.org-un araşdırmnasına görə, bazarlarda 4-5 manata satılan qoz və fındığın qiyməti hazırda 8-10 manat arasında dəyişir.
Ən böyük qiymət artımı isə yerli məhsullarda baş verib.
Hazırda Ukrayna qozunun topdan satış qiyməti 6 manta, Qəbələ qozu isə 8 manata satılır.
QOZ VƏ FINDIÄžIN TOPDAN SATIŞ QİYMƏTLƏRİ
Ukrayna qozu 5-6 manat
Qəbələ qozu 6-8 manat
Qusar qozu 6.30
Ordubad qozu 7 manat
Zaqatala qozu 6-7 manat
Balakən qozu 6-7 manat
Quba fındığı 6 manat
Qəbələ fındığı 7- 8 manat
Bazarlarda hazırda yaxşı qozun qiyməti 9-10 manat arası dəyişir. İçi nisbətən çürük, gec qırılan qozun qiyməti 6-8 manat arası dəyişir.
Eyni zamanda yaxşı fındığın da qiyməti 7-10 manat arası dəyişir.