Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mehdiyev vəfat edib.
Unikal.org xəbər verir ki, mərhumun ailəsindən APA-ya verilən məlumata görə, A. Mehdiyev uzun sürən xəstəlikdən sonra bu gün günorta saatlarında dünyasını dəyişib.
Akademikin xəstəliyi açıqlanmayıb.
A. Mehdiyevlə vida mərasiminin harada keçiriləcəyi və harada dəfn olunacağı dəqiqləşdirilir.
Qeyd edək ki, A. Mehdiyev 19 dekabr 1934-cü ildə Bakı şəhərində anadan olub.
Moskvada Rabitə Elektrotexnika İnstitutunu bitirib. O 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvüdür.
Allah rəhmət eləsin!
Qeyd edək ki, akademikin vəfat etməsi barədə xəbəri ilk olaraq "Qafqazinfo" saytı yayıb.
***
Akademik Arif Mehdiyevlə vida mərasimi sabah, dekabrın 20-də saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında keçiriləcək.
Mərhumun birinci Fəxri xiyabanda dəfn olunacağı gözlənilir.
A.Mehdiyev 19 dekabr 1934-cü ildə Bakı şəhərində anadan olub.
O, iki il əvvəl Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şərəf ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!(report)