Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
AMB-dən Unikal.org-a verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7525 məzənnəsi ilə başlayıb və 1,7570 məzənnəsi ilə yekunlaşıb.
Bu, onu deməyə əsas verir ki, AMB dekabrın 21-ə USD/AZN məzənnəsini bu günlə müqayisədə 0,26% artıraraq 1,7570 səviyyəsində müəyyənləşdirəcək.
Qeyd edək ki, bu gün USD/AZN rəsmi məzənnəsi 1,7525 səviyyəsində müəyyən olunub.