Rusiyanın Azərbaycandakı səfirliyinin kollektivini Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi xəbəri dərindən sarsıdıb.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilib.

"Cinayətin cəzasız qalmayacağına əminik. Bu vəhşi qətlin hərtərəfli araşdırılması şərəf məsələsi olmalıdır", - bəyanatda vurğulanıb.

Qeyd olunub ki, Rusiyanın Türkiyədəki səfiri A.Karlovun ölümü ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq. Xatirə kitabı dekabrın 21-də saat 10:00-dan 13:00-dək və 15:00-dan 17:00-dək, dekabrın 22-də isə saat 10:00-dan 13:00-dək açıq olacaq.