Bakıda qanunsuz dollar dəyişən şəxs tutulub.
Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, dekabrın 19-da Şamaxı rayon sakini Şirzad Qasımov paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 366 manata dəyişərkən Nizami RPİ əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İXM-in müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.