İranın Gənclər və İdman Nazirliyi idmançıların və idman komandalarının təhlükəsizlik baxımından Türkiyəyə səfərlərini dayandırıb.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, İranın Ankaradakı səfirliyi idman federasiyalarına idmançıların müvəqqəti olaraq Türkiyəyə səfərlərini saxlamağı tapşırıb.

Qeyd edək ki, bu qərar Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülməsi ilə bağlıdır.