Litvanın 15min.lt saytının müxbiri Skirmantas Malinauskas Ermənistanda olub və ölkə haqqında yazdığı oçerkdə o cümlədən Dağlıq Qarabağ münaqişəsinə toxunub.
Unikal.org xəbər verir ki, müəllif belə yazır.
"Bu ilin yazında açıq müharibə qızışdı və bütün dünyanın diqqəti buraya cəmlənmişdi. Ermənistanda siz heç bir yerdə aşkar şəkildə asılmış Azərbaycan bayrağı tapmazsınız. "Ararat konyak zavodu istisnadır.
Doğrudan da, "Ararat zavodunda konyak çəlləyinin yanında beş ölkənin bayrağı durur. Bunlar Azərbaycan, Fransa, Rusiya, ABŞ və Ermənistan bayraqlarıdır. Bu sırada tanınmamış "Dağlıq Qarabağ Respublikasının da bayrağı var. Çəllək və bayraqlar buraya 1994-cü ilin may ayında, Bişkəkdə Dağlıq Qarabağda atəşkəs haqqında saziş imzalanan zaman qoyulub.
Deyilənə görə, çəllək münaqişə sülh yolu ilə bitən zaman açılacaq. Lakin çətin ki, bu, yaxın zamanlarda baş versin, - Malinauskas qeyd edir.