Nigeriyada yol qəzası nəticəsində 12 məktəbli ölüb, 19-u xəsarət alıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Qombe ştatında qeydə olunub.

İlkin məlumata əsasən, yüksək sürətlə hərəkət edən yük maşını məktəblilərin iştirak etdiyi dini izdihama çırpılıb. Şahidlərin verdiyi xəbərə görə, bundan qəzəblənən kütlə sürücünü öldürüb, maşınını isə yandırıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.