Rusiyanın tanınmış aktyoru Vyaçeslav Şaleviç vəfat edib.

Unikal.org-un məlumatına görə, bu barədə TASS agentliyinə Vaxtanqov teatrının direktoru Kirill Krok xəbər verib.

82 yaşlı xalq artistinin halı dekabrın 1-də səhnədə olarkən pisləşib.Dekabrın 3-dən xəstəxanaya yerləşdirilən V.Şaleviç bu axşam dünyasını dəyişib.

1958-ci ildən etibarən bir çox filmlərə çəkilən V.Şaleviç kinoda uğurlu rollar yaradıb. 1998-2011-ci illərdə R.Simonov adına Moskva dramatik teatrının rəhbəri olub.