Dekabrın 19-da Ankarada Müasir İncəsənət Mərkəzində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən və sonradan öldürülən polis Mevlut Mert Altıntaşın meyitinin Keçiörən Ədliyyə Tibb Qurumunda müayinəsi yekunlaşıb.
Unikal.org xəbər verir ki, onun cənazəsini almaq üçün indiyədək heç bir yaxınının müraciət etmədiyi məlum olub.
Cənazənin sadəcə birinci dərəcələri qohumlarına verilə biləcəyi qeyd olunub.
Qeyd edək ki, səfiri güllələyən Mert Altıntaşın atası, anası və bacısı saxlanılıb.