Moskva sakininə Azərbaycana göndərdiyi, lakin gömrükdən keçməyən bağlamanı "Öl, alçaq! yazısı ilə geri qaytarıblar.

Unikal.org-un məlumatına görə, Olesya Voronova bu barədə öz Facebook səhifəsində yazıb.

Qadın qeyd edir ki, Azərbaycana pay göndərdiyi konfet və şokolad bağlaması sərhəddən keçməyib. Pony Express şirkətinin kuryeri bağlamanı geri gətirdikdə, Olesya şirniyyatların olduğu paketin kəsildiyini və içərisinə məktub qoyulduğunu görüb.

Şirkətin təhlükəsizlik xidməti müşahidə kameraları vasitəsi ilə yazını bağlamaya qoyan əməkdaşı müəyyən edib. Şirkət nümayəndəsi Voronovaya zəng vuraraq ondan üzr istəyib və xərcləri öz üzərinə götürdüyünü bildirib.

Olesya bildirib ki, Bakıya göndərilən, lakin geri qaytarılan bağlama ona altı min rubla başa gəlib.