Rusiya səfiri Andrey Karlova qarşı sui-qəsd törədən Mövlud Mərt Altıntaşın ailə üzvləri sərbəst buraxılıb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, təcavüzkarın anası, atası, bacısı, 2 dayısı və qardaşı arvadı sərbəst buraxılıb.

Karlovun öldürülməsilə bağlı istintaq daxilində nəzarətə alınan təcavüzkarın anası Hamidiye və atası Esrafil Altıntaş, ögey bacısı Səhər Ö, dayıları Həsən F. və Hüseyn F, qardaşı arvadı Sevinc F-nin izahatları tam alınıb.

Onlar ölkədən kənara çıxmamaq şərtilə sərbəst buraxılıblar.