Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnık" içkisindən zəhərlənərək ölənlərin sayı 71 nəfərə çatıb.

Unikal.org RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin region üzrə nümayəndəsi Tatyana Şkurskaya bildirib. Onun sözlərinə görə, ümumilikdə konsentratdan 117 nəfər zəhərlənib. 36 nəfər isə stasionar müalicədədir.

Artıq baş verən hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putin də göstəriş verib.

Kremlin Mətbuat Mərkəzindən edilən şərhdə, Dövlət Başçısı Putinin bütün spirt məhsulların satışıyla əlaqədar daha möhkəm tədbirlər görülməsi barədə tapşırıq verib.

Prezident həmçinin içki düşkünü olan insanlara tərkibində spirt olan parfumeriya məhsullarının da satışı barədə göstəriş verib.

Özündə spirt ehtiva edən ətir, losyon və təmizlik məhsullarının satışıyla əlaqədar daha möhkəm qanunların gətiriləcəyi ifadə edilən şərhdə, bu cür məhsulların etiketleriylə əlaqədar də yeni qaydaların tətbiq ediləcəyi qeyd edilib.