Türkiyənin Rize bölgəsində 15 iyul Demokratiya və Cumhuriyyət Meydanında aparılan yeniləmə işlərilə əlaqədar Atatürkün heykəli götürülüb.
Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, heykəl valiliyin qarşısındakı meydana daşınacaq.
Əraziyə gələn Atatürkçü Düşüncə Dərnəyi Başçısı Ömər Torpaq bildirib ki, bu gün Türkiyə üçün qara gündür.
Heykəlin götürülməsi dərnəyin üzvlərinin və yerli sakinlərin narazılığına səbəb olub. Onlar Atattürkü heç cürə yaddaşlardan silə bilməyəcəklərini bildiriblər.
Gərginliyin artmasının qarşısını almaq üçün, işçilər tikinti sahəsindən uzaqlaşdırılıb.
Atatürkün heykəlinin yerində 15 iyul şəhidlərinin abidəsi qoyulacaq.