Biri o millət vəkilinə desin ki, "Ñрый" - azərbaycanca "qatı, şiddətli", bəzi hallarda isə "azğın" kimi tərcümə olunur.
Unikal.org xəbər verir ki, bunu xalq artisti Faiq Ağayev millət vəkili Astan Şahverdiyevin verdiyi qalmaqallı müsahibəyə fikir bildirərkən deyib. İfaçı deputatın işlətdiyi bu sözə sərt reaksiya verib:
"Günümüzə bax da... Əgər deputat ana dilində danışmaqda çətinlik çəkirsə, sıravi vətəndaşdan hansı savadı tələb edəsən?.."
Xatırladaq ki, Astan Şahverdiyev Biləsuvarda keçirilən aksiyada saxlanılanlar haqda danışarkən aşağıdakı ifadələri səsləndirmişdi:
"O saxlanılanlar ən "yarıy" adamlardır, mən bir az rus təhsilliyəm, azərbaycan dilində qarşılığını tapa bilmirəm. Bunlar həddən artıq aktivdirlər bu işlərdə, cəmiyyəti dövlətçiliyə qarşı çağırıblar".