"Montpellier" klubunun baş məşqçisi Frederik Antz qış fasiləsində futbolçuların formasını saxlamaq üçün maraqlı üsul fikirləşib.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, tətildən qayıdan futbolçular artıq çəkinin hər kiloqramına görə 1 avro cərimə olunacaq. Məzuniyyətə buraxılmazdan öncə oyunçuların çəkisi qeyd olunub. Antz cərimənin məbləğinin artacağını istisna etməyib.