Müstəqillik dövründə istifadəyə verilmiş alternativ və bərpa olunan enerji mənbələrindən biri də ümumi gücü 3,2 meqavat olan "İsmayıllı" kiçik su elektrik stansiyasları silsiləsidir (KSESS). Bu KSESS-də cari ilin noyabr ayında 101 min kilovatsaatdan artıq elektrik enerjisi istehsal olunub.

Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin mətbuat xidmətindən daxil olan məlumatda deyilir. 

Qeyd olunur ki, 2016-cı ilin 11 ayı ərzində isə burada 2,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. 

"İsmayıllı" KSESS iki stansiyadan ibarətdir. Belə ki, "İsmayıllı-1 kiçik su elektrik stansiyasının aşağı byefindən çıxan təmizlənmiş su "İsmayıllı-2 kiçik su elektrik stansiyasına daxil olur. Beləliklə, "İsmayıllı su elektrik stansiyası ümumi gücü 3,2 meqavat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edir.

Hər birinin gücü 1,6 MVt olan və hər biri üç hidroturbin və üç hidrogeneratordan ibarət "İsmayıllı-1 kiçik su bu elektrik stansiyası 2013-cü ildə, "İsmayıllı-2 kiçik su elektrik stansiyası isə 2016-cı ildə istismara verilibdir.